XƏBƏR, İDMAN
6-02-2019, 21:25

Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Fevralın 8-9-da Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə qadınlar və kişilər iştirak edəcəklər.

AAF-dan Qərbinfo.az-a bildiriblər ki, çempionatda qaçışın 7 (60, 200, 400, 800, 1500, 3000, 4x200 metr, estafet) növü üzrə yarışlar keçiriləcək. Bundan başqa, atletlər tullanmanın üç (uzunluğa, hündürlüyə, üçtəkanlı) növləri və nüvəitələmə üzrə də mübarizə aparacaqlar.






Son Xəbər