XƏBƏR, HADİSƏ
6-02-2019, 11:48

Nazir zəlzələ nəticəsində dağılntı olan ərazilərə baxış keçirib

Nazir zəlzələ nəticəsində dağılntı olan ərazilərə baxış keçirib
Şamaxıda dağıntılar baş verən ərazilərə giriş qadağan olunub.

Qərbinfo.az-ın məlumatına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dağıntılar olan ərazilərə baxış keçiriblər.

Hazırda həmin ərazilər nəzarətdədir, araşdırmalar aparılır.

Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.






Son Xəbər