XƏBƏR, DÜNYA
5-02-2019, 21:16

Ukraynada qrip səbəbindən 1000-dən artıq məktəb bağlanılıb

Ukraynada qrip səbəbindən 1000-dən artıq məktəb bağlanılıb
Ukraynada qrip və kəskin respiratorlu virus infeksiyası (KRVİ) səbəbindən 1000-dən artıq məktəb bağlanılıb.

Qərbinfo.az xəbər verir ki, təkcə paytaxt Kiyev şəhərində 106 məktəbdə qrip və kəskin respiratorlu virus infeksiyası səbəbindən karantin elan edilib.

Jitomir vilayətində 155, Lvov vilayətində 103, Çernovtsı vilayətində 193, Rivne vilayətində 100 və digər vilayətlərdə onlarla məktəb qrip və kəskin respiratorlu virus infeksiyasının yayılmasına görə bağlanılıb.

Qeyd edək ki, Ukraynada epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından 30 nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyi əhalinin qripə qarşı vaksin olunmasını vacib sayır.






Son Xəbər