XƏBƏR, DÜNYA
5-02-2019, 20:28

Türkiyədə zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edənlərin sayı 1100 nəfəri ötüb

Türkiyədə zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edənlərin sayı 1100 nəfəri ötüb
Türkiyədə zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edənlərin sayı artır.

Xəbər verdiyimiz kimi Türkiyənin Burdur şəhərinin Burcak bölgəsində ötən həftənin şənbə günündən etibarən bir çox vətəndaş zəhərlənmə ehtimalı ilə xəstəxanalara müraciət edib. Hazırda bu səbəbdən klinikalara gələnlərin sayı 1100 nəfəri ötüb.

Qərbinfo.az xəbər verir ki, zərərçəkənlərin 915 nəfəri Bucak Dövlət Xəstəxanasına, 205 nəfəri isə özəl klinikalara müraciət edib.

Zəhərlənmə hallarının içməli sudan baş verməsi ehtimalına qarşı şənbə günündən etibarən bu bölgəyə içməli suyun verilməsi dayandırılıb. Bucak Bələdiyyəsi tərəfindən aparılan suyun xlorlanması işlərindən sonra dünən gecə saatlarında etibarən bölgəyə su verilib.






Son Xəbər