XƏBƏR, HADİSƏ
5-02-2019, 16:55

Bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Gəncə sakini saxlanılıb

Bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Gəncə sakini saxlanılıb
Fevralın 4-də axşam saatlarında Gəncə şəhər sakini N.İsmayılova qarnının daxilinə keçən kəsilmiş-deşilmiş yara ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəstə dərhal əməliyyat olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Qərbinfo.az-a bildirilib ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, aralarında yaranmış mübahisə zəminində N.İsmayılovaya bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.






Son Xəbər