XƏBƏR
4-02-2019, 14:27

“Azərenerji” yanvarda 192 milyon kilovat/saatadək elektrik enerjisi ixrac edib

“Azərenerji” yanvarda 192 milyon kilovat/saatadək elektrik enerjisi ixrac edib
“Azərenerji” ASC yanvar ayında qonşu ölkələrə 191,9 milyon kilovat/saat elektrik enerjisi ixrac edib.

ASC-dən Qərbinfo.az-a bildirilib ki, “Azərenerji” yanvarda 2 milyard 126 milyon kilovat/saat elektrik enerjisi istehsal edib. Bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 3 milyon kilovat/saat çoxdur. Belə ki, keçən ilin yanvarında 2 milyard 123 milyon kilovat/saat elektrik enerjisi istehsal edilmişdi.

Bu ilin yanvarın istehsal edilən 2,1 milyard kilovat/saat elektrik enerjisindən 191,9 milyon kilovat/saatı qonşu ölkələrə ixrac olunub.






Son Xəbər