XƏBƏR, SOSİAL
2-02-2019, 21:33

Azərbaycan Gəncləri Günü münasibətilə DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib

Azərbaycan Gəncləri Günü münasibətilə DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Gələcəyin gəncləri” adlı uşaq şahmat turniri keçirilib.

Qərbinfo.azAzərbaycan Gəncləri Günü münasibətilə DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib
Azərbaycan Gəncləri Günü münasibətilə DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib
Azərbaycan Gəncləri Günü münasibətilə DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib xəbər verir ki, DTX-nin Mədəniyyət Mərkəzinin Şahmat Klubu və Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdikləri turnirdə beynəlxalq qrossmeyster, üçqat Avropa çempionu, milli komandanın üzvü Qədir Hüseynov eyni zamanda 38 lövhədə seans və master-klass verib. Turnirdə Şahmat Klubunun üzvü olan 6-15 yaşlı şahmatçılar iştirak ediblər. Onların arasında şahmat üzrə Bakı və Azərbaycan çempionatlarının qalibi olan uşaqlar, o cümlədən Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı 8 yaşlı Cahandar Azadəliyev də mübarizə aparıb.

Şahmat turnirində fərqlənən uşaqlar mükafatlandırılacaqlar.

Turnirin açılış mərasimində çıxış edən DTX Mədəniyyət Mərkəzinin rəisi, Əməkdar artist Cabir İmanov 2 fevral – Azərbaycan Gəncləri Gününün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə təsis edildiyini vurğulayıb. Bu əlamətdar tarixin böyük əhəmiyyətini qeyd edən C.İmanov ölkəmizdə Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif tədbirlərin təşkil olunduğunu bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyini deyən C.İmanov bu sahədə mühüm nailiyyətlərin qazanıldığını qeyd edib.

Qrossmeyster Qədir Hüseynov Azərbaycan Gəncləri Günü münasibətilə şahmat turnirində iştirak etməkdən məmnunluğunu bildirib. Şahmatın təbliğində və inkişafında master-klassların əhəmiyyətini xüsusi vurğulayan Q.Hüseynov DTX Mədəniyyət Mərkəzinin Şahmat Klubunun üzvləri arasından gələcəyin məşhur zəka ustalarının yetişəcəklərinə əminliyini ifadə edib.






Son Xəbər