XƏBƏR
2-02-2019, 16:57

“İlk məhəbbət” prokata çıxarılacaq

“İlk məhəbbət” prokata çıxarılacaq
Saxa-Yakutiyanın tanınmış rejissoru Stepan Burnaşovun ekranlaşdırdığı film Fransada prokata çıxarılacaq.

Qərbinfo.az xəbər verir ki, “İlk məhəbbət” adlı ekran əsərinin fevralın 27-də prokata çıxarılması nəzərdə tutulur.

Bu film Şimalı təkcə adamların ənənəvi milli geyimlərdə gəzib-dolaşdığı soyuq diyar kimi deyil, həm də hər kəs kimi hərarətlə sevməyi bacaran insanların məkanı olaraq göstərir.

Qeyd edək ki, Fransada film təxminən üç ay prokatda qalır. Prokatdakı uğurlarından asılı olaraq digər qurumların kinoteatrları da filmlə maraqlana bilər.






Son Xəbər