XƏBƏR, SOSİAL
2-02-2019, 14:55

Tələbə-könüllülər ahıllarla görüşüblər

Tələbə-könüllülər ahıllarla görüşüblər
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən “Gəncliyin bir həftəsi” adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

Nazirlikdən Qərbinfo.az-a bildiriblər ki, proqramın “Yaşat” istiqaməti çərçivəsində “Üçüncü bahar” təşəbbüs qrupunun təqaüdə çıxmış üzvləri üçün tələbə-könüllülərin ifasında konsert keçirilib. Ahılların asudə vaxtlarını xoş keçirmələri üçün təşkil olunan tədbirdə 30-dan çox qonaq iştirak edib.

“Gəncliyin bir həftəsi” gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır.

“Gəncliyin bir həftəsi”ndə proqramın altı istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı təşkil olunub.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 mindən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün altı istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. Tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
Tələbə-könüllülər ahıllarla görüşüblər
Tələbə-könüllülər ahıllarla görüşüblər
Tələbə-könüllülər ahıllarla görüşüblər






Son Xəbər