XƏBƏR, MƏDƏNİYYƏT
1-02-2019, 18:53

“Şəhid şəhər” uşaq rəsm müsabiqəsi davam edir

“Şəhid şəhər” uşaq rəsm müsabiqəsi davam edir

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi davam edir.

Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Xətai Sənət Mərkəzindən Qərbinfo.az-a bildirilib ki, 15 yaşadək uşaqların qatıla biləcəyi müsabiqənin son qeydiyyat tarixi fevralın 8-də bitir.

İştirak etmək istəyənlər öz sənət əsərlərini xsm.2016@mail.ru elektron ünvanına göndərə bilərlər. Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək .

Münsiflər heyətinin seçimi əsasında birinci turdan keçmiş əsərlər müsabiqənin yekun sərgisində nümayiş olunacaq.

Sonda qaliblər diplom və təşəkkürnamə ilə təltif ediləcəklər.






Son Xəbər