XƏBƏR, DÜNYA
1-02-2019, 09:19

Türkiyənin illik ixracı 7 faiz artıb

Türkiyənin illik ixracı 7 faiz artıb
Türkiyənin ümumi ixracı 2017-ci ilə nisbətən ötən il 7 faiz artaraq 168 milyard 23 milyon ABŞ dolları olub.

Qərbinfo.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin məlumatında bildirilib.

İxracatdan fərqli olaraq ölkəyə idxal olunan məhsulların sayında 4,6 faiz azalma müşahidə olunub ki, bu da 223 milyard 39 milyon ABŞ dolları təşkil edib.






Son Xəbər