XƏBƏR, DÜNYA
31-01-2019, 23:57

Aktrisa Şarliz Teronun ABŞ dövlət katibi rolunda ilk fotoları yayılıb

Aktrisa Şarliz Teronun ABŞ dövlət katibi rolunda ilk fotoları yayılıb
“Entertainment Weekly” jurnalında “Riskli iş” (“Long Shot”) filminin çəkilişindən ilk kadrlar dərc edilib.

Qərbinfo.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, filmdə Şarliz Teron və Set Rogen iştirak edirlər. Rogenin sözlərinə görə, filmdəki sevgi hekayəsi “Bir az hamilə” filminə daha çox bənzəyir. Ekran əsərinin yaradıcıları siyasi reallıqlardan bəhs edən yaxşı kino ortaya çıxarmaq istəyirlər. Filmin qəhrəmanı Fred özünün keçmiş sevgilisi Şarlotta ilə rastlaşanda başa düşür ki, o, indi nüfuzlu qadınlardan biridir. Çünki Şarlotta dövlət katibidir və onun ABŞ-ın ilk qadın-prezidenti olmaq şansı var. Fred ilə qarşılıqlı münasibətlər onun karyerasını təhlükə altında qoyur.

Filmin bu ilin mayında ekranlara çıxarılacağı planlaşdırılır.

Teron və Rogendən əlavə filmdə Endi Serkis, Aleksandr Skarsqord, Bob Odenkirk və digərləri də çəkilirlər.






Son Xəbər