XƏBƏR, HADİSƏ
31-01-2019, 19:52

Fevralda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir

Fevralda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, fevralda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir. Birinci ongünlüyün ilk günlərində hava şəraitinin yağıntılı keçəcəyi proqnozlaşdırılır.

Departamentdən Qərbinfo.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 2-4° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Temperaturun gecələr 1-6° isti, bəzi günlərdə 0°-yə yaxın, gündüzlər 8-13°, bəzi günlərdə 2-4° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-24 mm) bildirilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturun 0-3° şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Temperaturun gecələr 3-8°, bəzi günlərdə 10-15°, dağlarda 15-20° şaxta, gündüzlər 4-9° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 11-29 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəydə havanın orta aylıq temperaturunun 0-3° şaxta olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Temperaturun gecələr 0-5°, bəzi günlərdə 8-10° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı ehtimalı var.

Gəncə şəhərində Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 0-3° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Temperaturun gecələr 1-6° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 1-5° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (15-36 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturu 3° şaxtadan 2°-dək isti olacaq. Bu da iqlim normasına yaxındır. Temperaturun gecələr 3° şaxtadan 2°-dək isti, bəzi günlərdə 4-9°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-55 mm) bildirilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 3-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Temperaturun gecələr 1-6° isti, bəzi günlərdə 0-4° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 1-5° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-35 mm) olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 0-4° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Temperatur gecələr 1-6° isti, bəzi günlərdə 0-2°, dağlarda 6-11° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 1-5° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 44-105 mm) ehtimalı var.






Son Xəbər