XƏBƏR, SOSİAL
31-01-2019, 16:59

Həkim məsləhəti: Valideynlər uşaqlarını dispanserizasiyadan yayındırmasınlar

Həkim məsləhəti: Valideynlər uşaqlarını dispanserizasiyadan yayındırmasınlar
Dövlətimizin başçısının müvafiq sərəncamına əsasən həyata keçirilən uşaqların icbari dispanserizasiyası növbəti 5 il müddətinə qüvvədə qalacaq. Hazırda Gəncədə 4 poliklinika və 2 birləşmiş uşaq xəstəxanasında uşaqların icbari dispanserizasiyası aparılır. Bununla yanaşı, təhsil müəssisələrində səyyar tibbi briqadalar uşaqların dispanserizasiyasını təşkil edirlər. Müayinələrdə bütün ixtisas həkimləri - lor, akulist, nevropatoloq, terapevt, həkim laborantlar iştirak edir. Təhsil alan yeniyetmələr isə vərəm xəstəliyinin erkən aşkarlanması məqsədilə flüroqrafiq müayinələrə cəlb olunurlar.

Qərbinfo.az-ın məlumatına görə, Gəncə Şəhər Səhiyyə İdarəsinin baş pediatoru Azerma Dadaşova "AZƏRTAC-a müsahibəsində bildirib ki, hər il dispanserizasiya nəticəsində müəyyən xəstəliklər aşkarlanır. Həmin xəstəliklər üzrə uşaqlar nəzarətə götürülür. Hər bir uşaq üzərində sağlamlaşdırıcı tədbirlər aparılır və sağaldıqdan sonra dispanser qeydiyyatından çıxarılır.

“Bunun nəticəsidir ki, ilin sonunda qeydiyyatda olan uşaqlarımızın sayı ötən illə müqayisədə nisbətən azalıb. Valideynlərə tövsiyəm odur ki, uşaqları dispanserizasiyadan yayındırmasınlar. Həm həkimlər, həm də valideynlər uşaqların dispanser müayinədən keçirilməsində məsuliyyət daşıyırlar”, – deyə Azerma Dadaşova qeyd edib.






Son Xəbər