XƏBƏR, SİYASƏT
31-01-2019, 12:52

“Ər-Riyad”: “Azərbaycan tolerantlıq və inkişaf respublikasıdır”

“Ər-Riyad”: “Azərbaycan tolerantlıq və inkişaf respublikasıdır”
Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində “Azərbaycan tolerantlıq və inkişaf respublikasıdır” adlı məqalə dərc olunub.

Qərbinfo.az xəbər verir ki, müəllif Fayız əl-Şəhri məqalədə Azərbaycanda hökm sürən tolerantlıq barədə ətraflı məlumat verir. O, ölkəmizdə vəhdət namazının qılınmasının şahidi olduğunu bildirir.

Məqalədə vurğulanır ki, Azərbaycanda birgəyaşayış nümunəsi diqqəti cəlb edən yeganə məsələ deyil. Bu ölkədə gedən sürətli inkişaf da maraqlıdır. Azərbaycan Sovet İttifaqının dağılmasından sonra – 1991-ci ildə müstəqilliyini bərpa edib. Yazıda Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi də diqqətə çatdırılır.

Müəllif Azərbaycanın iqtisadiyyat sahəsində qazandığı uğurlardan da bəhs edir, Dünya Bankının hesabatına görə ölkəmizin ən islahatçı 10 dövlət sırasında olduğu diqqətə çatdırılır.

Fayız əl-Şəhri Azərbaycan xalqının qonaqpərvərliyini də xüsusi vurğulayır. O bildirir ki, Bakıda müasirliklə yanaşı, qədim adət-ənənələr, dəyərlər də qorunub saxlanılır. Məqalədə, həmçinin tarixi məkanlarımız, o cümlədən İçərişəhər haqqında ətraflı məlumat verilir.






Son Xəbər