XƏBƏR, MƏDƏNİYYƏT
30-01-2019, 20:24

“Leyli və Məcnun” operası yenidən səhnədə

“Leyli və Məcnun” operası yenidən səhnədə
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünəməxsus yer tutan “Leyli və Məcnun” operası yenidən nümayiş olacaq.

Qərbinfo.az-ın məlumatına görə, teatrsevərlər səhnə əsərinə növbəti dəfə fevralın 27-də baxa biləcək.

Qeyd edək ki, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda izləniləcək səhnə əsəri dirijor, Əməkdar incəsənət xadimi Sevil Haciyeva tərəfindən idarə olunacaq. Operada Məcnun obrazını Səbuhi İbayev, Leylini isə Xalq artisti Gülyaz Məmmədova canlandıracaq.

Digər rollarda Nurlan Namazov, Cahangir Qurbanov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Afaq Ağayeva, Mütəllim Dəmirov, Nəzər Bəylərov və Vüqar Əliyev çıxış edəcək.

Xatırladaq ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub.






Son Xəbər