XƏBƏR, DÜNYA
30-01-2019, 20:52

Nursultan Nazarbayev çağırış etdi

Nursultan Nazarbayev çağırış etdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev nazirləri bahalı xarici kostyumlardan imtina etməyə çağırıb.

Qərbinfo.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclası zamanı deyib: “Ölkəyə çox şey xaricdən gətirilir. "Gənclər ili"nin açılışında mənə çox keyfiyyətli yerli kostyum və ayaqqabılar nümayiş etdirdilər. Burda oturanlar hamısı milli kostyumlar geyinməlidir!”.

Nazarbayev yerli yüngül sənaye məhsullarının istehsalının genişlənməli olduğunu deyib.

Nazarbayev hökuməti qorxaqlıqda da ittiham edib: "Bütün dünyada bankların, şirkətlərin müflis olması geniş yayılmış tendensiyadır. Bizim hökumət, nazirlər isə qorxaqdır. Sizin əliniz, diziniz əsir".






Son Xəbər