XƏBƏR, DÜNYA
30-01-2019, 17:50

Rusiya Olimpiya Komitəsi Avropa Oyunlarının keçirilməsi uğrunda mübarizədə Kazanı dəstəkləyəcək

Rusiya Olimpiya Komitəsi Avropa Oyunlarının keçirilməsi uğrunda mübarizədə Kazanı dəstəkləyəcək
Rusiya Olimpiya Komitəsinin (ROK) başçısı Stanislav Pozdnyakov bildirib ki, başçılıq etdiyi qurum Kazanın 2023-cü ildə Avropa Oyunlarını qəbul etmək niyyətini dəstəkləyəcək.

Qərbinfo.az ROK-un rəsmi saytına istinadla xəbər verir ki, S.Pozdnyakov deyib: “Kazan növbəti Avropa Oyunlarını qəbul etmək üçün müraciət edib. Rusiya Olimpiya Komitəsi bu qərarı hərtərəfli dəstəkləyir və müraciətin təmin edilməsinə hərtərəfli kömək etməyə hazırdır. Bu istiqamətdə təşkilat komitəsi və regionun rəhbərliyi ilə işləyəcəyik. Hazırda Tatarıstanda təkcə Rusiya standartlarına deyil, həm də beynəlxalq standartlara görə unikal olan idman infrastrukturu yaradılıb, respublikanın paytaxtı istənilən kompleks tədbiri, o cümlədən Olimpiya Oyunlarını qəbul etməyə, ən yüksək təşkilatçılıq səviyyəsi təmin etməyə hazırdır ki, bunu da son illər dəfələrlə edib”.






Son Xəbər