XƏBƏR, İQTİSADİYYAT
30-01-2019, 17:26

Keçən il 5000-dən çox gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkarlanıb

Keçən il 5000-dən çox gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkarlanıb
2018-ci ildə 5064 gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkarlanıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.

O bildirib ki, ötən il ərzində operativ, ümumi və xüsusi risk göstəriciləri əsasında ümumilikdə 5064 gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkar olunaraq, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrə edilib və nəzarətə götürülüb. VAİS vasitəsilə gömrük orqanları tərəfindən şübhəli hesab olunaraq risk qrupuna göndərilmiş 395 gömrük bəyannaməsi üzərində xüsusi araşdırma aparılıb.






Son Xəbər