XƏBƏR, MƏDƏNİYYƏT
29-01-2019, 20:22

"Göyçək Fatimə" tamaşası nümayiş olunacaq

"Göyçək Fatimə" tamaşası nümayiş olunacaq
Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Kəmalə Ağayevin əsəri əsasında səhnələşdirilmiş "Göyçək Fatimə" tamaşası nümayiş olacaq.

Qərinfo.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Rollarda Əməkdar artist Naibə Allahverdiyeva, aktyorlar Asya Atakişiyeva, Ədalət Əbdülsəməd və başqaları iştirak edirlər.

Milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşa balacalara insanpərvərlik, ədalətli olmaq kimi gözəl duyğular aşılayır. Öz ögey anasının və bacısının verdikləri zülmlərə mətanətlə sinə gərən Fatimə küləyin apardığı yunu tapmaq üçün meşəyə gəlir. Burada Qarı ilə rastlaşır. Qarının qulluğunda övladı kimi dayanan Fatimə onun hər bir işini ürəklə görür. Qızın bu nəcibliyini görən Qarı onun səadətə qovuşması üçün əlindən gələni edir. Nəticədə Fatimə şahzadəyə ərə gedir. Bütün pisliklərinə və ona verdikləri olmazın zülmlərə baxmayaraq, Fatimə ögey anasını və bacısını bağışlayır.

Milli geyimlər, gözəl səhnə dekorasiyası, maraqlı rəqslər və diqqətçəkən aktyor oyunu tamaşaçını heyran edir.






Son Xəbər