XƏBƏR, MƏDƏNİYYƏT
28-01-2019, 22:32

“Aşıq Qərib” təqdim olunub

“Aşıq Qərib” təqdim olunub

“Aşıq Qərib” baleti növbəti dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında izlənilib.

Qərbinfo.az xəbər verir ki, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olan səhnə əsərinə Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Hafiz Quliyevin quruluşunda baxılıb.

Səhnə əsərində rolları Əməkdar artist Sabuhi İbayev, Rəvanə Qurbanova, Cahangir Qurbanov, Afaq Ağayeva, Taleh Yahyayev, Nəzər Bəylərov və Vüqar Əliyev ifa edib.

Quruluşçu rəssamı Əməkdar incəsənət xadimi Əyyub Fətəliyev olan baletin dirijoru Əməkdar incəsənət xadimi Sevil Haciyevadır. Baletdə baletmeyster işi Xalq artisti Qəmər Almaszadəyə məxsusdur. Əməkdar artist İsmayıl Ələkbərov tərəfindən idarə olunan baletin xronometrajı 1 saat 50 dəqiqədir. Balet Qərib ilə Şahsənəmin saf məhəbbətindən bəhs edir.






Son Xəbər