XƏBƏR, MƏDƏNİYYƏT
28-01-2019, 16:45

SAVAŞÇI: "Yaşasın Azərbaycan, yaşasın Türkiyə, yaşasın Mübariz"

SAVAŞÇI: "Yaşasın Azərbaycan, yaşasın Türkiyə, yaşasın Mübariz"Türkiyənin reytinq fenomeni sayılan, məşhur "Savaşçı" serialı ötən gün 60-cı bölümündə təsirli epizodları ilə izləyicilərin marağına səbəb olub.

Qərbinfo.az məlumat verir ki, serialda "Bahtiyar" ləqəbli azərbaycanlı yüzbaşı obrazını canlandıran tanınmış aktyor Kənan Mahmudov, bu bölümdə də izləyicilərini təəccübləndirməyi bacarıb. Beləki, Qılınc komandasının içində olduğu maşınlar yola düzülmüş partlayıcılara doğru irəliləyərkən, kəndini ziyarətə gələn "Bahtiyar" yüzbaşının da qarşısına "Velid" adlı terrorçunun çıxması təhlükəni daha da artırır. Lakin yüzbaşı, yaralı olmasına baxmayaraq, təhlükə ilə bağlı yoldaşlarını xəbərdar edərək, onların həyatını xilas edir. Eyni zamanda, "Velid" və adamlarına qarşı, bir qolundan yaralmasına baxmayaraq, "tek kolum da size yeter" deyib döyüşür. Sözü gedən bölümdə cərəyan edən bu hadisələr serialın təsirli və ən çox danışılan səhnələrinə çevrilib.

Qeyd edək ki, "Savaşçı" serialının 60-cı bölümündə "Xocalı faciəsi" və Qarabağ məsələsi mövzusuna da toxunulub. Hadisələrin bir hissesi Qarabağ bölgəsində cərəyan edir. Həmçinin serialın dünənki bölümündə "Yaşasın Azərbaycan, yaşasın Türkiyə, yaşasın Mübariz" kimi şüarlar da səsləndirilib.

Müəllif: Könül Hüseynova






Son Xəbər