XƏBƏR, MƏDƏNİYYƏT
28-01-2019, 14:56

Muzeydə “Nəsimi ili” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə seminarlar təşkil olunacaq

Muzeydə “Nəsimi ili” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə seminarlar təşkil olunacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alimlər və Mütəxəssislər Şurasının iclası olub.

Muzeydən Qərbinfo.az-a bildiriblər ki, iclasda Şura üzvlərinin təmsil olunduğu elektron məlumat bazasının yaradılması və 2019-cu il üzrə Şuranın fəaliyyət planının hazırlanması üçün irəli sürülən təkliflər müzakirə edilib. Bir çox intellektual-maarifləndirici silsilə tədbirlərin keçirilməsi, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Nəsimi ili” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə elmi-kütləvi seminarların təşkil olunması planlaşdırılır. Bununla yanaşı, təklif edilən müvafiq layihə müzakirə edilərək, cari il üçün fəaliyyət planının prioriteti kimi qəbul olunub. Layihədə Azərbaycanın arxeoloji və tarixi-etnoqrafik abidələri ilə zəngin olan bölgələrinə ekskursiyaların təşkili, maarifləndirici tədbirlərin reallaşdırılması nəzərdə tutulur.






Son Xəbər