XƏBƏR, MƏDƏNİYYƏT
24-01-2019, 14:31

Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqinə həsr edilmiş sənədli filmin təqdimatı keçiriləcək

Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqinə həsr edilmiş sənədli filmin təqdimatı keçiriləcək
Yanvarın 28-də Mədəniyyət Nazirliyi, Azərbaycan Hava Yollarının və Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə həmin akademiyada Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqinə həsr edilmiş sənədli filmin təqdimatı keçiriləcək.

Nazirlikdən Qərbinfo.az-a bildirilib ki, “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində “Salnaməfilm studiyası”nda çəkilən “Viktor Seryoqin” filminin rejissoru Cəmil Fərəcov, operatoru Nizami Abbasdır.






Son Xəbər