XƏBƏR, MƏDƏNİYYƏT
22-01-2019, 10:17

Bu gün məşhur heykəltaraş, əməkdar rəssam Azad Əliyevin doğum günüdür

Bu gün məşhur heykəltaraş, əməkdar rəssam  Azad Əliyevin  doğum günüdür

Bu gün məşhur heykəltaraş, əməkdar rəssam Azad Əliyevin doğum günüdür.


Qərbinfo.az xəbər verir ki, Azad Əliyev 1955-ci ilin bu günü Bakı şəhərində anadan olub.

Bir çox məşhur portiretlərin və heykəltaraş əsərlərinin müəllifi olan Azad Əliyevin qəhrəmanlarının daxili aləminin ən incə çalarlarınadək təsvirini verən əsərləri öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilmişdir.

Azad Əliyevin Şəmkir rayonunda da heykəltaraşlıq sahəsində buraxdığı izlər tarixə qovuşacaq mükəmməl əsərlərdir.

Bu əsərlər içərisində Şəmkir şəhərinin mərkəzində yerləşən heykəltəraşlıq kompozisiyası- royal arxasında oturan dahi bəstəkar Üzeyir Hacıbəyli və yanında dayanan, əslən şəmkirli söz ustadı Əhməd Cavadın, 20 Yanvar abidəsi, Tarix Diyarşünaslıq Muzeyində Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” filminin personajlarının heykəlləri, Alman Lüteran kilsəsində alman heykəli, İsrafil Məmmədov, Aşıq Hüseyn Şəmkirli, İsgəndər Aznaurov, Zaur Sarıyev, Əliağa Şıxlinskinin büstləri xüsusi diqqət çəkir.






Son Xəbər