XƏBƏR, SOSİAL
21-01-2019, 17:45

Şəmkirli gənclər arasında oxu mədəniyyəti təbliğ olunub - ŞƏMKİR GƏNCLƏR MƏRKƏZİ

Şəmkirli gənclər arasında oxu mədəniyyəti təbliğ olunub
İctimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” adlı layihənin icrasını davam etdirir.

Qərbinfo.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir "Böyük Yol İctimai Birliyi"nin təşkilatçılığı ilə Şəmkir Rayon Gənclər Mərkəzində baş tutub.

Tədbirdə yerli hakimiyyət orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, yeniyetmə və gənclər iştirak ediblər.

Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov qloballaşma çağında milli-mənəvi dəyərlərin təbliğinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. E.İsmayılov sözügedən layihənin icrasının bu prosesə layiqli töhfə verəcəyinə əmin olduğunu söyləyib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının baş mütəxəssisi Tural Əliyev təmsil etdiyi qurumun vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Qeyd edib ki, dövlət qurumları ilə yanaşı, QHT-lərin, tanınmış ictimai şəxslərin milli-mənəvi dəyərlərin təbliğində iştirak etməsi təqdirəlayiq haldır.

Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Natiq qeyd edib ki, bu siyasətin reallaşmasında Gənclər Fondunun xüsusi rolu vardır.

S.Pənəliyev yeniyetmə və gənclər arasında oxu mədəniyyətinin təbliğinin zamanın tələbi olduğunu deyib. Bildirib ki, yalnız geniş mütaliə imkanlarına malik olan gənclər milli-mənəvi dəyərlərin qorunmasına töhfə verə bilərlər.

Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə yalnız mütaliə yolu ilə intellektual cəmiyyətə çevrilməyin mümkün olduğunu bildirib. Qeyd edib ki, təkcə rəsmi strukturlar deyil, bütövlükdə cəmiyyət özü yeniyetmə və gənclər arasında oxu vərdişlərinin formalaşmasına səy göstərməlidir.
Şəmkirli gənclər arasında oxu mədəniyyəti təbliğ olunub
Şəmkirli gənclər arasında oxu mədəniyyəti təbliğ olunub
Şəmkirli gənclər arasında oxu mədəniyyəti təbliğ olunub
Şəmkirli gənclər arasında oxu mədəniyyəti təbliğ olunub
Şəmkirli gənclər arasında oxu mədəniyyəti təbliğ olunub






Son Xəbər