XƏBƏR, MƏDƏNİYYƏT
18-01-2019, 16:22

Kiyevdə Nəsiminin heykəlinin ucaldılması üçün bir neçə variantda eskiz layihə hazırlanır

Kiyevdə Nəsiminin heykəlinin ucaldılması üçün bir neçə variantda eskiz layihə hazırlanır

Kiyev şəhərinin mərkəzi parklarının birində ölkəmizin Ukraynadakı səfirliyinin sifarişi ilə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılması üçün hazırlıq işlərinə başlanılıb.

Bu barədə Qərbinfo.az-a açıqlamasında Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanov məlumat verib.

Onun sözlərinə görə, heykəlin hazırlanması üçün bir neçə variantda eskiz layihəsi hazırlanaraq səfirliyə təqdim olunacaq. Təsdiq olunmuş variantdan sonra heykəl hazırlanacaq. Tuncdan hazırlanacaq heykəl layihəsinin hündürlüyünün 4-5 metr olacağı nəzərdə tutulur.

Xatırladaq ki, Nəsiminin heykəlinin ucaldılması ilə bağlı Kiyev şəhər Dövlət Administrasiyası ilə ilkin razılıq əldə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilib.






Son Xəbər