XƏBƏR, MƏDƏNİYYƏT
15-01-2019, 22:52

“Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi bağlanır

“Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi bağlanır
Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi keçiriləcək. Tədbir yanvarın 18-də olacaq.

Qərbinfo.az-ın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən açılan sərgidə dünyanın böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur.
Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir, həmçinin Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də sərgilənir.

Sərgi ötən ilin 23 oktyabr tarixində açılmışdır.






Son Xəbər