XƏBƏR, İDMAN
15-01-2019, 23:25

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan kunq-fu üzrə açıq respublika turniri keçiriləcək

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan kunq-fu üzrə açıq respublika turniri keçiriləcək
Yanvarın 18-19-da Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan kunq-fu üzrə açıq respublika turniri keçiriləcək.

Qərbinfo.az xəbər verir ki, yarışda 300 idmançı birincilik uğrunda mübarizə aparacaq. Turnirdə, həmçinin peşəkar döyüşlər də təşkil ediləcək.

T.Alışanlı vurğulayıb ki, yarışın keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək, idmançıların ustalığını artırmaq, perspektivli idmançıları aşkarlamaq və kunq-funun kütləviliyinə nail olmaqdır.

Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Babək Əliyev olacaq.






Son Xəbər