XƏBƏR, MARAQLI
12-01-2019, 17:57

XVI əsrdə Azərbaycanda olmuş məşhur ingilis səyyahı və diplomatı kimdir?

XVI əsrdə Azərbaycanda olmuş məşhur ingilis səyyahı və diplomatı kimdir?Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən XVI əsr ingilis səyyahı, tacir və diplomatı Antoni Cenkinson haqqında məqalə yaradılıb.

Qərbinfo.az-ın xəbərinə görə, məqalədə məşhur səyyah və diplomatın həyatı, səyahətləri, I Şah Təhmasiblə görüşü, sonuncu Moskva səfəri və əsərləri barədə maraqlı məlumatlar əksini tapıb.

Antoni Cenkinsonun gündəlik qeydləri və xəritəsi İngiltərə-Rusiya münasibətləri, o cümlədən İngiltərənin Səfəvi dövləti ilə apardığı ticari danışıqlar barədə dəyərli mənbələrdəndir. Onun ilk xarici səfəri “İpəkçi” şirkəti ilə 1546-cı ilin oktyabrında olub. Antoni Cenkinson Suriyaya gedərək 7 il Hələbdə yaşayıb.

Məlumatda diqqət çəkən maraqlı məqamlardan biri məşhur diplomatın 1561-1563-cü illərdəki ekspedisiyası və I Şah Təhmasiblə görüşüdür. O, 1561-1563-cü illərdə Volqa- Xəzər yolu ilə Azərbaycana gəlib, Səfəvi hökmdarı I Şah Təhmasiblə danışıqlar aparıb.

Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür:

https://az.m.wikipedia.org/wiki/Antoni_Cenkinson?fbclid=IwAR206Yxq2gN70vAyJDH2U4Pp4bQqg7kvkGkVDM8BFi5NSo01xux414gm5vM






Son Xəbər