XƏBƏR, İDMAN
8-01-2019, 22:29

Mourinyo Reala rəhbərlik etmək üçün şərtini açıqladı

Mourinyo Reala rəhbərlik etmək üçün şərtini açıqladıPortuqaliyalı mütəxəssis ikinci dəfə “Kral klubu”nun sükanı arxasına keçə bilər.

Qərbinfo.az “Mundo Deportivo”ya istinadən bildirir ki, Jose Mourinyo “Real Madrid”ə qayıtmağa hazırdır.

Portuqaliyalı “Real”ın prezidenti Florentino Pereslə görüşüb və iki şərtin yerinə yetiriləcəyi halda yenidən ispan klubuna rəhbərlik etməyə hazır olduğunu bildirib.

Mourinyo “Kral klubu”nun transfer pəncərəsində güclənməsini, hücumçu və mərkəz müdafiəçisi mövqelərinə oyunçu alınmasını istəyib.

Dekabrda kütləvi informasiya vasitələri “Real”ın Mourinyonu baş məşqçi vəzifəsinə qaytarmağa hazır olması haqqında məlumat yayıblar. Xatırladaq ki, Jose “Mançester Yunayted”dən qovulmuşdu.

Mütəxəssis 2010-2013-cü illər ərzində “qalaktikos”a rəhbərlik edib. Komanda ilə birlikdə o İspaniya çempionatının, İspaniya Kuboku və Super Kubokunun qalibi olub.

Hazırda madridlilər La-Liqada turnir cədvəlində 30 xalla beşinci yerdə qərarlaşıblar.

Daha əvvəl “Benfika”nın Mourinyoya iş təklif etdiyi, lakin portuqaliyalının təklifdən imtina etdiyi haqqında xəbərlər yayılıb.






Son Xəbər