XƏBƏR, İDMAN, SOSİAL
7-01-2019, 15:32

“Vətən övladlarını tanıyaq” layihəsinin ilk qonağı Həsənov Mübarizdir - Şəmkir şəhəri

“Vətən övladlarını tanıyaq” layihəsinin ilk qonağı Həsənov Mübarizdir - Şəmkir şəhəri
Əziz oxucular, biz Qərbinfo.az saytı olaraq, istedadlı və bacarıqlı, gənc və yeniyetmələrimizi ictimaiyyətə tanıtmaq məqsədi ilə, “ Vətən övladlarını tanıyaq” başlığı altında layihəmizə start vermişik.

Məlumat üçün qeyd edirik ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd, yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda böyüməsinə və onların cəmiyyət üzvü olaraq sağlam yetişməsində dəstək olmaqdır.

Bu məqsədlə, redaksiyamız bacarıqlı gənc və yeniyetmələrin sorağına çıxıb.

“Vətən övladlarını tanıyaq” layihəsinin ilk qonağı isə Həsənov Mübariz Rüstəm oğludur.

Mübariz 2004-cü ildə Şəmkir şəhərində anadan olub və M.Fizuli adına Şəmkir şəhər tam orta məktəbin 9-cu sinif şagirdidir.

Müəllimlərinin dediyinə görə, Mübariz orta məktəbi əla qiymətlərlə oxuyur. Biz, müsahibə zamanı, bu sualı Mübarizə olduğu kimi verdik:

-Mübariz, müəllimlərinin dediyinə görə, qiymətlərin əladır?

-Bəli, əladır.

-Hansı fənnləri sevirsən?

-Bütün fənnləri sevirəm və mənimsəməyə çalışıram.

-Böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən?

-Mənim arzum polis sıralarında xidmət etməkdir?

-Niyə məhz polis?

-Cinayətkarları həbs etmək üçün.

Müsahibə zamanı hiss olunurdu ki, Mübariz qısa və konkret cavab verməyi xoşlayır.

-Seçdiyin peşəyə yiyələnmək üçün hazırlaşırsanmı?

-Əlbəttə, mən dərslərimlə yanaşı, idmanla da məşğul oluram. Deyə bilərəm ki, ciddi hazırlaşıram.

-Hansı idman növü ilə?

-Jiu-Jitsu.

Qeyd etmək istəyirik ki, Mübariz, eyni zamanda, qabaqcıl idmançıdır. O, "Jiu-Jitsu" idman növü ilə məşguldur.

-Bəs məşqlərini harada edirsən?

- "Skarpion BJJ" idman klubunda.

-Nəticələrin varmı?

Mübariz bu sualı eşidən kimi gülümsəyərək:

-Əlbəttə var, üçqat Azərbaycan çempionu və bir dəfə də Avroasiya çempionu olmuşam.

-Maşallah!

-Çox sağ olun!

-Bəs eyni vaxtda, həm dərslərinlə, həm idmanla məşğul olmaq çətin olmur?

-Əlbəttə olur, amma uğur qazanmaq asan deyil. İnsan zəhmət çəkməlidir.

Məlumat üçün qeyd edirik ki, Mübariz hal-hazırda Gürcüstan Respublikasında keçiriləcək çempoionata hazırlaşır. Biz ümid edirik ki, o daha bir qızıl medalı qazanacaq.

-Mübariz, qələbə anında hansı hissləri keçirirsən?

-Sevinc və fərəh hissləri. Çünki, qalib olduğumu düşünürəm və himnimizin sədası altında bayrağımızın ucaldığını görürəm.

-Çox sağ ol Mübariz, maraqlı müsahibə üçün təşəkkür edirəm!

-Siz sağ olun!

Əziz oxucular, Vətən övladları ilə ucalar. Növbəti saymızda, növbəti qəhrəmanımızla görüşmək ümidi ilə...

Tural Əliyev, Qərbinfo.az
“Vətən övladlarını tanıyaq” layihəsinin ilk qonağı Həsənov Mübarizdir - Şəmkir şəhəri
“Vətən övladlarını tanıyaq” layihəsinin ilk qonağı Həsənov Mübarizdir - Şəmkir şəhəri






Son Xəbər