XƏBƏR, MƏDƏNİYYƏT
7-01-2019, 14:57

Pantomima Teatrı bu dəfə də ənənəyə sadiqdir

Pantomima Teatrı bu dəfə də ənənəyə sadiqdir
Azərbaycan Dövlət Pantomima Teatrı bu ay maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.

Qərbinfo.az xəbər verir ki, yanvarın 12-də “6+1 nömrəli palata”, yanvarın 13-də uşaqlar üçün “Fəlakət və İnsan”, “Dejavü” tamaşaları təqdim olunacaq. Eyni zamanda, sənət ocağının səhnəsində yanvarın 19-da “İt gəzdirən xanım”, yanvarın 26-27-da isə “Adagio” tamaşaları izləniləcək.

Tamaşalar bir qayda olaraq saat 18.00-da təqdim ediləcək.






Son Xəbər