XƏBƏR, HADİSƏ
4-01-2019, 16:58

İlin ilk Günəş tutulması yanvarın 6-da baş verəcək

İlin ilk Günəş tutulması yanvarın 6-da baş verəcək
2019-cu ilin ilk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Qərbinfo.az-a bildirilib ki, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq.

Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanın şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.






Son Xəbər