XƏBƏR, MARAQLI
28-12-2018, 09:33

“Yandex” ilin ən gülməli axtarış sorğularını açıqladı

“Yandex” ilin ən gülməli axtarış sorğularını açıqladı“Yandeks” şirkəti 2018-ci ildə “runet”in ən gülməli axtarış sorğularını toplu halına gətirərək, dərc edib.

Qərbinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, araşdırmanın nəticələri şirkətin saytında yayımlanıb.

“Məzəli” sorğular verən istifadəçilərin böyük əksəriyyəti pişiklə insanın birgə həyatı ilə maraqlanıb.Məsələn axtarış sətrinə “Pişik instaqramını neçə işlətmək lazımdır”, “Pişik nəyə lazımdır”, “Pişiklə necə barışmaq olar” kimi sorğular daha çox daxil edilib.

Rusdilli internet istifadəçiləri eyni zamanda futbolçular haqqında informasiya axtarıb. Onlar “Zinaid Zidan kimdir” (qeyd: sorğuda futbolçunun adı səhv yazılıb), “Fyodor Smolov neçə qol vurub”, “Akinfeyevin ayaqları divarkağızları”, “İbrahimoviçin ayağı pulsuz foto” kimi sorğular veriblər.

İstifadəçilər bundan başqa “Soçidə yaşamaq üçün sakit yerlər”, “hara gedək ki, orda adam olmasın”, “Şəkildə sınıq effektini necə yaradırlar”, “Yağ kombinatından göyün yeddinci qatına necə çatmaq olar”, “Qardan diş”, “ən kədərli iti necə sevindirmək olar”, “Aha əvəzinə hansı sözü işlətmək olar”, “dostyana seksdə hansı seks növlərindən istifadə olunur” kimi sorğular daxil edib.

Bəzi istifadəçilər yuxu yozmaları ilə maraqlanıb. “Yuxuda elmlər doktoru görəndə nə olur?”, “Dostlar pelymenini mənsiz yeyir, bunun yozması?” deyə axtarışa veriblər. İstifadəçilər həmçinin cadu və falla bağlı maraqlı sorğular verib: “3 kişidən ibarət dostların arasını vurmağın yolu”, “Mənim elədiyim cadu niyə təsir etmir” .






Son Xəbər