XƏBƏR, MARAQLI
27-12-2018, 10:23

Cəmilə Talıbova Türk Hava Yollarının “Gülümsəyən həkim” Cəmiyyətinə üzv qəbul edildi

Cəmilə Talıbova Türk Hava Yollarının “Gülümsəyən həkim” Cəmiyyətinə üzv qəbul edildi
Azərbaycan Tibb Universitetinin (ATU) mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Cəmilə Talıbova Türk Hava Yollarının (THY) “Gülümsəyən həkim” Cəmiyyətinə üzv qəbul edilib.

Tibb Universitetinin mətbuat xidmətindən Qərbinfo.az-a verilən məlumata görə, buna səbəb onun bu il noyabrın 27-də THY ilə Bakıdan İstanbula uçarkən yolda halı pisləşən bir sərnişinə yardım etməsi olub.

Tibb üzrə fəlsəfə doktoru Cəmilə Talıbova hadisəni xatırlayaraq deyib: “İstanbula uçduğum təyyarədə həkimə ehtiyac olduğu barədə elanı eşidəndə stüardessalara yaxınlaşdım. Mənə arxa sıradakı qadının vəziyyətinin ağır olduğunu bildirdilər. Xəstəni müayinə edərkən onun hipertonik kriz keçirdiyi məlum oldu. Çantamda ilk tibbi yardım məqsədilə daşıdığım dərman preparatları ilə yardım göstərərək onu kritik vəziyyətdən çıxardım və uçuşun sonuna qədər səhhətindəki vəziyyəti nəzarətdə saxladım, lazımi məsləhətlər verdim. İstanbula çatanda onunla və ekipaj üzvləri ilə dostcasına görüşüb ayrıldım”.

Hadisədən iki gün sonra Türkiyə Hava Yollarından Cəmilə Talıbovanın e-mail ünvanına göndərilən məktubda onun “Gülümsəyən həkim” cəmiyyətinə qəbul edildiyi barədə məlumat daxil olub. Bundan əlavə, ona 5000 mil uçuş hədiyyə edilib.






Son Xəbər