XƏBƏR, İQTİSADİYYAT
22-12-2018, 16:30

Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 2,8 faiz artıb

Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 2,8 faiz artıb
Yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540,0 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a bildiriblər ki, əməkhaqqı neft sektorunda 3014,9 manat, qeyri-neft sektorunda 483,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 429,7 manat, özəl müəssisələrdə isə 688,5 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.






Son Xəbər