XƏBƏR, İQTİSADİYYAT
21-12-2018, 20:58

Yanvar-noyabrda 578,2 milyon manatlıq tikinti materialı istehsal olunub

Yanvar-noyabrda 578,2 milyon manatlıq tikinti materialı istehsal olunub
Bu ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsulun ümumi dəyəri 28,2 faiz artaraq 578,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a verilən məlumata görə, hörmə üçün hazır beton qarışığının istehsalı 90,9 faiz, sementin istehsalı 21,1 faiz, tikinti kərpicinin istehsalı 7,4 faiz artıb.

Eyni zamanda, tikinti əhənginin istehsalı 1,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 29,6 faiz, tikinti gipsinin istehsalı 50,9 faiz azalıb.






Son Xəbər