XƏBƏR, İQTİSADİYYAT
21-12-2018, 20:25

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olunub

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olunub
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Qərbinfo.az-a bildiriblər ki, mərkəzin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən "Ərəb Rəqəmsal İqtisadiyyat Konfransı 2018" də Azərbaycanı təmsil edib.

Konfrans BƏƏ, Ərəb Dövlətləri Liqası və beynəlxalq təşkilatların rəhbərlərinin dəstəyi ilə rəqəmsal iqtisadiyyat üçün ümumi mənzərəni təqdim etmək məqsədilə ilk dəfə keçirilib. BƏƏ hökumətinin rəsmiləri, həmçinin Maliyyə, İqtisadiyyat, və Planlaşdırma nazirlikləri, mərkəzi bankların idarəçiləri, Ticarət və Sənaye Palatasının nümayəndələri, iş adamları və investorların iştirakı ilə keçirilən konfransda Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı məlumatlar təqdim edilib. Bildirilib ki, rəqəmsal iqtisadiyyatın inkişafı üçün uzunmüddətli strategiyanın hazırlanmasında ayrı-ayrı dövlətlərin təcrübələri nəzərə alınır.

Səfər çərçivəsində Rəqəmsal Ticarət Qovağının meneceri Nicat Əsədli Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovla da görüşüb. Görüş çərçivəsində Azərbaycanın dünya tarixində ilk dəfə olaraq, qeyri-rezidentə mobil imza, eyni zamanda, Estoniyadan sonra xaricilərə e-rezidentlik təqdim edən ikinci ölkə olması ilə bağlı müzakirələr aparılıb. Azərbaycanın mobil və elektron rezidentlik ala biləcəyi potensial qeyri-rezidentlərə dolğun və ətraflı məlumatların çatdırılması və bunun üçün qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb.
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olunub






Son Xəbər