XƏBƏR, İQTİSADİYYAT
21-12-2018, 10:25

On bir ay ərzində dəmir yolu ilə 2,5 milyondan çox sərnişin daşınıb

On bir ay ərzində dəmir yolu ilə 2,5 milyondan çox sərnişin daşınıb
Dəmir yolu nəqliyyatı ilə 2018-cı ilin yanvar-noyabr ayında 2 milyon 516,1 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Qərbinfo.az-a bildirilib ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 12,1 faiz artım müşahidə olunub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 338 vaqon yüklənib, 413 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,6 min ton, Qərb istiqaməti üzrə 5,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.






Son Xəbər