XƏBƏR, İQTİSADİYYAT
20-12-2018, 17:54

Düsen Kaseinov: 2019-cu ildə dünyanın hər yerində Nəsimi ilə bağlı tədbirlərimiz olacaq

Düsen Kaseinov: 2019-cu ildə dünyanın hər yerində Nəsimi ilə bağlı tədbirlərimiz olacaq
Dekabrın 18-də Türkiyənin Kastamonu şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasında qəbul olunan qərarlar türk dünyası üçün tarixi əhəmiyyət daşıyır.

Bu fikri Qərbinfo.az–a açıqlamasında TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov iclasın fəaliyyətini şərh edərkən ifadə edib. Baş katib qeyd edib ki, Qırğızıstanın Oş şəhərinin “2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi, eləcə də iclasın qərarı ilə 2019-cu il, anadan olmasının 650-ci ildönümü şərəfinə böyük Azərbaycan şairi İmadəddin Nəsimi və anadan olmasının 125-ci ildönümü münasibətilə Türkiyənin görkəmli el sənətkarı Aşıq Veysəl ili elan olunması türk tarixinin, mədəniyyətinin və ədəbiyyatının dünyaya tanıdılması, eləcə də gənc nəsillərimizə ötürülməsi istiqamətində mühüm bir addımdır. Qarşıdakı ildə dünyanın hər yerində Nəsimi ilə bağlı tədbirlər təşkil olunacağını diqqətə çatdıran baş katib əminliklə bildirib ki, TÜRKSOY-un “ilin mədəniyyət paytaxtı” və “tarixi şəxsiyyətlərin tanınması” layihələri çərçivəsində 2019-cu ildə görüləcək işlər hamı tərəfindən sevgi ilə qarşılanacaq və bəyəniləcək.






Son Xəbər