XƏBƏR, HADİSƏ
20-12-2018, 13:23

Ağır yol qəzasında 5 nəfər ölüb

Ağır yol qəzasında 5 nəfər ölüb
Ukraynanın Xerson vilayətində baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb.

Qərbinfo.az xəbər verir ki, Xerson vilayət Milli Polisinin yaydığı məlumatda hadisənin iki avtomobilin toqquşması nəticəsində baş verdiyi qeyd olunur.

Yol qəzası zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada keçinib. Daha iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, bu ilin 9 ayında Ukraynada 108 min yol nəqliyyat hadisəsi baş verib, nəticədə 2266 nəfər ölüb. Ukrayna Patrul Polisi hesabatında qeyd edib ki, bu il Ukraynada yol qəzalarında hər sutkada 8 nəfər ölüb.






Son Xəbər