XƏBƏR, HADİSƏ
19-12-2018, 23:31

Sinoptiklərdən xəbərdarlıq: Çaylarda sululuq artacaq

Sinoptiklərdən xəbərdarlıq: Çaylarda sululuq artacaq
Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qərbinfo.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də arabir yağış yağacağı, 20-də bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 20-si axşam, 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı bildirilir.






Son Xəbər