XƏBƏR, İQTİSADİYYAT
19-12-2018, 17:30

Noyabrda vergi orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 77,1 faizi müsbət həll olunub

Noyabrda vergi orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 77,1 faizi müsbət həll olunub
2018-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8638 müraciət daxil olub ki, onların da 86,6 faizi ərizə, 13,1 faizi şikayət, 0,3 faizi təklifdir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Qərbinfo.az-a bildirilib ki, müraciətlərin 36,1 faizi kameral vergi yoxlamaları, 35,8 faizi müxtəlif arayışların alınması, 10,8 faizi vergi borcları, 2,6 faizi vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 77,1 faizi müsbət həll olunub.

Ay ərzində Vergilər Nazirliyinin mərkəzi aparatı, yerli vergi orqanları və vergiödəyicilərinə xidmət mərkəzləri də daxil olmaqla bütün qurumlarda vergi orqanlarının müxtəlif səviyyədə rəhbər vəzifəli şəxsləri və vergi əməkdaşları tərəfindən ümumilikdə 326 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.






Son Xəbər