XƏBƏR, MƏDƏNİYYƏT
18-12-2018, 22:27

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar
Suraxanı rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a bildiriblər ki, ayrı-ayrı vaxtlarda rayon ərazisində səkkiz avtomobildən təkər üzlüklərini və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Pərvin Hümbətov yaxalanaraq istintaqa cəlb olunub.

Bundan başqa, üç avtomobildən pul, maqnitofon, səsgücləndiricilər və akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Tural Əsgərli və paytaxt sakini Rəvan Cəfərov Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıblar.

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.






Son Xəbər