XƏBƏR, İQTİSADİYYAT
18-12-2018, 15:55

Azərbaycanda külək enerjisi istehsalı 4,4 dəfə artıb

Azərbaycanda külək enerjisi istehsalı 4,4 dəfə artıb
Bu ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 737,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Qərbinfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 3,6% artaraq 289,7 mln. manat təşkil edib.

Ötən 11 ay ərzində Azərbaycanda 21 058,4 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 2,4% çoxdur. Bunun 1 632,5 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 0,5% çoxdur.

Bunun 18 537,1 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 2,9% çoxdur. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 50,1 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 4,4 dəfə çoxdur.

Bu ilin yanvar-noyabr ayları ərzində ölkədə 37,2 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 2,9% azdır.






Son Xəbər