XƏBƏR, HADİSƏ
18-12-2018, 13:57

Tərtər-Goranboy avtomobil yolunun kənarından təlim məqsədli tank əleyhinə mina tapılıb

Tərtər-Goranboy avtomobil yolunun kənarından təlim məqsədli tank əleyhinə mina tapılıb
Dekabrın 17-də saat 17:44-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Seydimli kəndi ərazisində minanın tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Qərbinfo.az-a bildiriblər ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə Tərtər-Goranboy avtomobil yolunun kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62, tərkibində heç bir partladıcı olmayan) aşkarlanıb və ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim minasının ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Tərtər-Goranboy avtomobil yolunun kənarından təlim məqsədli tank əleyhinə mina tapılıb
Tərtər-Goranboy avtomobil yolunun kənarından təlim məqsədli tank əleyhinə mina tapılıb






Son Xəbər