XƏBƏR, MƏDƏNİYYƏT
18-12-2018, 12:56

Moskva Konservatoriyasında Azərbaycan musiqiçilərinin konserti olub

Moskva Konservatoriyasında Azərbaycan musiqiçilərinin konserti olub
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Azərbaycanın Əməkdar Artisti Fəridə Məmmədova (soprano) və pianoçu Yuliya Kərimovanın konserti olub.

Qərbinfo.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan konsertdə Ü.Hacıbəyli, Q.Qarayev, F.Pulenk, M.Ravel, A.Semlinski, S.Prokofyev, D.Şostakoviç və digər bəstəkarların əsərləri səslənib.

Konserti sənətşünaslıq doktoru Rauf Fərhadov aparıb.
Moskva Konservatoriyasında Azərbaycan musiqiçilərinin konserti olub






Son Xəbər