XƏBƏR, İQTİSADİYYAT
17-12-2018, 18:07

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı azalıb

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı azalıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 10 677,64 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. İdxal olunmuş kərə yağının dəyəri 62 094,19 min ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən Qərbinfo.az-a bildiriblər ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə 3 490,16 min dollar çox, 1 790,04 ton azdır.

On bir ayda kərə yağı və süddən hazırlanmış digər yağ məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,6 faizini təşkil edib






Son Xəbər