XƏBƏR, İQTİSADİYYAT
17-12-2018, 23:58

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb
Cari ilin on bir ayı ərzində Azərbaycan və Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 186 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin analoji göstəricisindən təxminən 26 milyon dollar çoxdur.

Qərbinfo.az-ın aldığı məlumata görə, bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 165 milyon 377 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 20 milyon 281 min dollar olub.
Qeyd edək ki, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 160,7 milyon dollar təşkil edib.






Son Xəbər